Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.
Bu barədə komitədən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bu Naxçıvanın köhne rehberliyinin çılız ve şerefsiz emellerinin son akkordlarıdır ki ,teze rehberlik eyni dalpa koordinatlardan istifade etmeye teşebbüs bele etmesin,vallah yazuqdur bu sade naxçıvanlılar ve onların heç bir günahı yoxdyr çünki arxu qazan gen qazıb.