ƏRDOĞAN ƏNƏNƏVİ BALKON ÇIXIŞINI ETDİ - VİDEO (Yenilənib)

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı edib. 

Ərdoğan Ankarada Prezident Külliyəsinin qarşısına toplaşan minlərlə seçicisinə təşəkkür edib: “Mayın 14-də və 28-də həm daxildə, həm də xaricdə seçkilərə gedərək demokratiyamızın qüdrətini sübut etmiş hər bir vətəndaşa təşəkkür edirəm. Bu prosesdə ictimaiyyəti, partiya nümayəndələrini, seçki qutularının məsul işçilərini, müşahidəçiləri, polis əməkdaşlarını və seçkinin ən sağlam şəkildə keçirilməsi üçün çalışan hər kəsi təbrik edirəm.

Çoxpartiyalı siyasi həyatımızın ən mühüm seçkilərindən birində millətimiz Türkiyənin xeyrinə qərar verdi. Ancaq qalib olan yeganə biz deyilik, qalib Türkiyədir. Demokratiyamız qalib gəldi. Xatırlayırsınızsa, həmişə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq”

Ərdoğan bildirib ki, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır: “İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik.

Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür.

21 ildir ölkəmizə gətirdiyimiz işlərlə, millətimizə göstərdiyimiz xidmətlərlə Türkiyənin əsrin müjdəsini verən gündür. Bunu sizinlə etdik. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamısı təbriklərini çatdırdılar və görürük ki, sabah da bu təbriklər davam edəcək. Aylardır bizə qarşı qurulan ittifaqları görmüsünüz. Kimin kiminlə olduğunu, terror təşkilatlarına qarşı dayandığımızı gördünüz”.

"AzPolitika.info" Rəcəb Tayyib Ərdoğanın çıxışını təqdim edir:

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları onun qələbəsini qeyd etmək üçün Prezident Külliyəsinə axın edib.

Türkiyədə keçirilən prezident seçkilərinin II turunda qalib gələrək yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ənənəvi balkon çıxışı üçün Prezident Sarayının qarşısına taplaşan 300 minə yaxın insanın qarşısına çıxıb. 

"AzPolitika.info"  Rəcəb Tayyib Ərdoğanın çıxışını təqdim edir:

Qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-29 09:12:15

Gözün aydın Türkiyem. Bu zafer tekce Türkiyenin yok, Azerbaycanın, Türk dünyasının, tüm islam aleminin ve dostlarımızın zaferi oldu. Sizde olan seçimlere katkımız dışında olsak da, amma bir millet olduğumuz için Azerbaycandan bu seçime bütün kompaniya sürecinde kayıtsız kalamadık. Kimimiz dualarımızla, kimimiz de çok böyük hakaretlere meruz kalmamıza reğmen sosial şebekelerdeki paylaşmalarımızla bu seçimde dolayısı ile iştirak etdik. Pişman da deyilik. Helalı xoşunuz olsun. Bir daha gözümüz aydın olsun. Kazamız da mübarek olsun.

Son yazılar