Menu

Rusiya Qara dənizdə reaktiv raket daşıyıcılarının sayını artırıb - Növbəti hücum barədə xəbərdarlıq edilib

29.05.2023, 14:08
Rusiya Qara dənizdə reaktiv raket daşıyıcılarının sayını artırıb - Növbəti hücum barədə xəbərdarlıq edilib

Rusiya Ukraynaya kütləvi raket hücumlarından sonra Qara dənizə yeni “Kalibr” raketləri ilə silahlanan reaktiv daşıyıcı gəmilər göndərib.

"AzPolitika.info" Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Cənub” komandanlığı məlumat yayıb.

Verilən məlumata görə, Qara dənizdə hazırda iki yerüstü və bir sualtı reaktiv daşıyıcı gəmi var. Onların ümumi yaylım atəşi gücünün 20 “Kalibr”ə qədər olduğu bildirilir.

Rusiyanın növbəti raket hücumlarıyla bağlı əhaliyə xəbərdarlıq edildiyi deyilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol