Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub

Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilib ki, Cəfər Məhəmməd və Sadiq Məcid Bəhreyndə axtarışda olan şəxslərin başçılıq etdiyi terror qruplaşmasına qoşulmaqda ittiham olunublar.

Onlar həm də Səudiyyə Ərəbistanı və Bəhreynin təhlükəsizliyini təhdid etməkdə təqsirli biliniblər.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında terrorçu qruplaşmalara qoşulmaqda və krallığın təhlükəsizliyini təhdid etmək ittiham olunan 4 nəfər edam edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar