Menu

İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub

30.05.2023, 11:30
İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana səfərə gələn İsrail Prezidenti İsxak Hersoqun Bakıda rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu qarşılayıb.

Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol