Menu

Şabranda 32 yaşlı qadın intihar edib

30.05.2023, 13:01
Şabranda 32 yaşlı qadın intihar edib

Şabran rayonunda intihar hadisəsi baş verib.


"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Vələsli kənd sakini, 1991-ci il təvəllüdlü Rzayeva Mülkünaz Zeynal qızı intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol