Menu

Rusiya Zalujnını axtarışa verib

30.05.2023, 18:50
Rusiya Zalujnını axtarışa verib

Rusiya bir müddət əvvəl Kreml telekanallarının “öldürdüyü” Ukrayna ordusunun Baş komandanı Valeri Zalujnını axtarışa verib.

“AzPolitika.info” xəbər verir ki, “RİA-Novosti” bununla bağlı məlumat yayıb.

Məlumatda Zalujnının Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarışa verildiyi barədə məlumat verilsə də, söhbətin hansı maddədən getdiyi göstərilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya kanalları Zalujnının başından ağır yaralandığını, hətta həlak olduğunu bəyan etmişdilər. Ancaq sonradan bu məlumatın “feyk” olduğu üzə çıxdı və Ukrayna ordusunun Baş komandanının videogörüntüsü yayımlandı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol