Menu

“Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin şaxələndirilməsi deyil” - İlham Əliyev

31.05.2023, 11:07
“Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin şaxələndirilməsi deyil” - İlham Əliyev

“Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin deyil, həm də mənbələrin şaxələndirilməsi deməkdir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

"İndi hamı açıq şəkildə görür ki, biz bunun hər ikisini həyata keçiririk. Biz həmçinin ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda çox maraqlıyıq", - Prezident İlham Əliyev deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol