Menu

Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələri etirazlara başlayıblar

31.05.2023, 11:31
Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələri etirazlara başlayıblar

Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələri dərslərdə iştirak etməməklə rəhbərliyə etiraz ediblər.

APA xəbər verir ki, türk dili və ədəbiyyatı fakültəsinin tələbələri fars ədəbiyyatı bölməsinin professor-müəllim heyətini işə götürülməyə müdaxilə etmələrinə görə etiraz əlaməti olaraq sosial şəbəkələrdə bəyanat yayıb və dərslərdə iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, İran İslam Respublikasının siyasəti nəticəsində bir neçə ildir ki, akademik kadrların işə götürülməsi məsələsində müxtəlif bəhanələrlə türk dili və ədəbiyyatı fakültəsi üçün maneələr yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol