“Hər yer sahibsiz küçə itləri ilə doludur... İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxışı edərkən deyib.
Deputat ağcaqanadların çox olmasından da şikayətlənib:
“Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur”.
“Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, - o, əlavə edib.


Şərhlər
Millət illərdi bahalıqdan,maaş-pensiya azlığından,yolların virus bəhanəsiylə bağlanmasından,AZAL-ın qiymətlərinin fantastikliyindən,süni su qıtlığından zülm altında inlədiyini deyir,heç qozuna-fındığına alan yoxdu,üç badam-bir qoz deyib qımışırlar ki bənd olmayın,kütlədən gələn əcaib-qəraib səslərdi,amma möhtərəm deputatlarımızı çıqqılı bir ditdili dişləyincə yadlarına düşüb ki camaat deyə,əhali deyə,xalq deyə bir şey var imiş Azərbaycan adlı məmləkətdə,xalq yalnız yanaqlarından qan daman və illərlə yumyumşacıq kreslolarda yumrulaşıb yastılaşmış məmur təbəqəsindən ibarət deyilmiş.Ditdililərdən və itlərdən qurtulmaq üçün xalqdan qalxan kimi istifadə etmək lazım deyil,çünki bizim xalq dözümlü xalqdır,bizim xalqın dözəmmədiyi bir tək şey var,o da maaş-pensiyaların papuasların,Trinidad-Tobaqo aborigenlərinin,qədim Misir piramidalarını tikən həbəş qullarının maşş-pensiyası səviyyəsində olmasıdır. Ditdililər və itlər deyil camaata zülm verən,ay mənim hörmətli deputatım,maaş və pensiya azlığıdır.Maaş və pensiya azlığı!!!