Rusiya Ukraynada başlatdığı işğal fonunda bu ölkənin xəstəxanalarına, səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı ümumilikdə 1000 hücum həyata keçirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu hücumlar zamanı ən azı 101 tibb işçisi və yaralı həlak olub, 139 nəfər isə yaralanıb.
Ötən gün Rusiyanın 1000-ci hücumunu təsdiqləyən ÜST, bunun humanitar vəziyyətdə indiyə qədər qeydə alınan ən yüksək rəqəm olduğunu açıqlayıb.
ÜST-nın Ukraynadakı nümayəndəsi Jarno Habicht isə bildirib ki, səhiyyə sisteminə edilən hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir.
“AzPolitika.info”


Şərhlər