Rusiya Ukraynada ən mükəmməl hava hücumundan müdafiə sistemi olan “S-400” ZRK-larından birini itirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış hərbi analtik Aqil Rüstəmzadə məlumat və fotolar paylaşıb.
Ekspert qeyd edir ki, “S-400” mayıən 20-dən sonra Xerson bölgəsində Ukrayna artilleriyası tərəfindən sıradan çıxarılıb.
“ZRK-nın vurulması fotoları onun HİMARS sistemlərindən atılan GMLRS raketlərinin atəşə məruz qaldığını göstərir. Zərbə zamanı həmçinin “S-400” ZRL-nın komanda-idarəetmə məntəqəsi də məhv edilib”, - A.Rüstəmzadə qeyd edib.
“AzPolitika.info”



Şərhlər