"CAMAATA ZÜLM EDİRLƏR..." - “Nə gecəmiz, nə də gündüzümüz var..."

Deputat Milli Məclisidə ağcaqanadlardan və küçə itlərindən şikayətlənib

“Hər yer sahibsiz küçə itləri ilə doludur... İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib.

Deputat ağcaqanadların çox olmasından da şikayətlənib: “Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur”.

“Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, - deyə o əlavə edib.

635x100

Şərhlər

yaramazov 2023-06-12 20:17:21

belə deputatı xarici işlər nazri təyin etmək olar. ceyhun bayramovdan və ya mamedyarovdan nəyi əskikdir ki?

Kasıb 2023-06-04 13:40:18

Sən o kimsəsiz itlərdən yox bizi içəridən yeyib-dağıdan talan-qarət edən itlərdən ermənilərdən danış onda deyərəm hə millətin xalqın üçün nə isə dedin. Millətin kasıb təbəqəsi çörək pulu tapmır sən itdən pişikdən danışırsan. Əvvəllər zibil yeşiklərinin gecə yanından ancaq itlər olurdu,indi isə ac millətimiz gecələr kimsə görməsin deyə zibil yeşiklərindən çörək qırıntıları axtarır. Bu faciədən danış

Dövlətini sevən 2023-06-01 10:41:23

Tahir müəllim düz vurğulayır. Şəki də küçələrdə, parklarda it əlindən getmək olmur. ? Özləri dağın ətəyində tikilmiş binada otururlar, camaatın necə yaşamasından xəbəbləri yoxdur ?

QUSARLI 2023-06-01 09:56:53

"DEPUTAT" BUNU DÜZ VURĞULAYIR.BAKIDAN QUSARA ŞAHDAĞA GƏLƏNLƏR ÖZLƏRİ İLƏ İTLƏRİ GƏTİRİB QUSARA BURAXIB GEDİRLƏR. BU SƏBƏBDƏN DƏ İT ƏLİNDƏ BİZAR OLMUŞUQ.

Veteran 2023-06-01 09:35:13

Tamamilə doğru fikirdir.Bizdə o qədər əcayib seylərlə biznesi olanlar eşşək,keçi ,zubr,dəvə və s.məşğul ola bilirlər it ixrac etməklə məşğul olmurlar.Gözəl təklifdir.Sağ olun Tahir müəllim. Bu biznesə cox xərc çəkmək lazım deyil. Elə küçələrdən yığıb təmizləməklə küllü miqdarda gəlir əldə edə bilərlər.Təkcə qalır rəsmləşdirmək. Amma buna rüşvət almasalar bu biznes xod gedər.Cində, Koreyada,Vyetnamda və diğər ölkələrdə ət qıtlığıdır.

zaur 2023-06-01 09:09:28

Çox sağ olun, həqiqətən də hər iki məsələ çox aktualdır.

Cəmşid Dərələyəzli 2023-06-01 08:45:36

Əli Əhmədovun Milli meclis üçün yazdığı "əsərlər"den Ağcaqanada kimi mövqeyinin ortaya qoyan Milli Məclis üzvü. Heresi bir tapıntı. Bele "temsilçisi" olan milletin ne derdi.

dadaşyev 2023-05-31 23:00:31

Neft-qaz milyardlarıyla aşıb daşan ölkədə,hələ təkcə Britaniyanın 34 milyard dollar investisiya yatırdığı balaca bir məmləkətdə minimal əmək haqqını cəmisi ikiyüz dollar etmək,elə o civarda da pensiya vermək kasıb-kusubun qanını sormaq demək olduğu üçün Allah Təala bapbalaca ditdililəri göndərir qanınızı sorsun ki,biləsiniz qanın sorulması nə ağrı-acı verir.Rəsulillahın doğulduğu il Məkkə üçün əbabil quşları nə idisə Bakı üçün ditdililər də təxminən elə bir şeydi yəni.

azərbaycanlı 2023-05-31 22:32:45

Tahir müəllim bu yazıq itlər kimə nə edir ? onlara bir tikə çörək ya ət verin heç kimə zərər verməzlər-onlara dəyməyin-lütfen

Eliheyder Qarayev 2023-05-31 20:07:22

Bu ne danisdiginin fergindemi goresen? Deyesen harda oturdugunu ve kimleri temsil etdiyiniden hec xeberi yoxdu, yaziklar olsun....

zaur 2023-05-31 17:45:43

kişi düz deyir, camaat kamarının əlindən zara gəlib.

Mubariz 2023-05-31 17:26:27

Ən böyük ağcaqənədlər vəzifədədirlər

Son yazılar