Menu

Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək

31.05.2023, 17:51
Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək

Bu yaxınlarda yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “Politico” sammitin hazırlanmasında iştirak edən üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini iyunun 2-də elan etməlidir, andiçmə mərasimi isə növbəti günə planlaşdırılıb.

Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin liderləri dəvət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol