Menu

Xələf Xələfov Moskvada Lavrovun müavini ilə məsləhətləşmələr aparıb

31.05.2023, 19:30
Xələf Xələfov Moskvada Lavrovun müavini ilə məsləhətləşmələr aparıb

Mayın 31-də Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib.

"Bir sıra regional və beynəlxalq mövzular üzrə ətraflı müzakirə aparılıb. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb" - deyə Rusiya XİN-dən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol