Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət” İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu seçiklərdən sonra şəxsinə yönəlmiş sualları cavablandırıb.
“AzPolitika.info” xəbər veri ki, CHP lideri partiya sədrliyindən istefa verib-verməyəcəyi barədə suala belə cavab verib: “CHP köklü bir partiyadır, burada hər fikir asanlıqla dilə gətirilir, müzakirə edilir və bu prosesin sonunda partiyanın səlahiyyətli qurumları qərar verir. Biz indi bu prosesdən keçirik. Mərkəzi Yönətim Qurumu və Partiya Məclisində qiymətləndirmələr, müzakirələr aparılacaq və biz birlikdə qərar verib, ictimaiyyətlə paylaşacağıq”.
Kılıçdaroğlu partiya daxilində gərginlik olub-olmadığını və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə Mərkəzi Yönətim Qurumu arasında problemlərin olub-olmadığı barədə suala “heç bir problem, gərginlik yoxdur. Birgə danışıb dəyərləndirəcəyik, yol xəritəmizi müəyyən edəcəyik”, - cavabını verib.
“AzPolitika.info”


Şərhlər