“PAŞİNYAN QARABAĞI TƏSLİM EDİR” – “Elə bilirdik, 44 günlük müharibədə məğlubiyyət rüsvayçılığın sonudur....”

“Erməni xalqı 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra yanlış seçim etdiyini dərk edib. O dövrdən bəri ardı-arası kəsilməyən şəkildə alçaldılır. Əvvəl belə görünürdü ki, 44 günlük müharibədə ağır məğlubiyyət rüsvayçılığın kuliminasiya nöqtəsi idi, amma indi məlum oldu ki, bu, belə deyil. Nikol Paşinyan “Artsaxı” (Qarabağ –red) Azərbaycana təslim edir. Bu, hələlik onun şifahi qərarıdır, şübhəsiz ki, yazılı şəkildə də təslim ediləcək”.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunları Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.

“Dünən ABŞ İlham Əliyevin Qarabağ hakimiyyətinə amnistiya veriləcəyi barədə xoşməramlı jestini alqışlayanda, bura daha bir rüsvayçılıq damcısı əlavə olundu”, - o qeyd edib.

Oskanyan daha sonra belə davam edib: “İstəyirəm ki, hamımız bir anlığa ayılaq və bunun nə demək olduğunu başa düşək. Belə çıxır ki, Azərbaycan lideri nəsillər boyu öz tarixi torpaqlarında yaşamış xalqın seçdiyi adamları əfv edəcəyini vəd edir. Bununla onları heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayan öz tarixi torpaqlarından qoparmağa çalışır. Bəs ABŞ bu bəyanatı niyə alqışlayır? ABŞ-ı günahlandırmağa ehtiyac yoxdur. Burada yalnız bir günahkar var - Ermənistanın indiki hakimiyyəti. Bu alçaldıcı vəziyyətdən çıxmaq və onu kökündən dəyişməyin yeganə yolu xalqın təzyiqi ilə bu hakimiyyətin istefasına nail olmaqdır. Hesab edirəm ki, bu gün bütün ermənilərin Ermənistan hakimiyyətinin törətdiyi bu tarixi haqsızlıqlara qarşı öz səsini ucaltmaqdan və Qarabağın təslim prosesindən imtina tələbindən başqa prioriteti yoxdur.

İndi Nikol Paşinyan Kişinyovdadır. Onun sənədi imzalayıb-imzalamayacağını bilmirəm, amma bu danışıqların nəticəsi hamı üçün fəlakət vəd edir. Hesab edirəm ki, bu gün Ermənistanın Azərbaycanla hər hansı sənəd imzalamaqdan yayınmaq imkanı var. Bunun hər kəs üçün çox aydın və başa düşülən əsaslı səbəbləri var. Lakin Nikol Paşinyan hər hansı sənədi imzalamaq istəyirsə, bunu Qarabağdakı ermənilərin gələcək "statusu" ilə bağlı qeyd-şərtlə etməlidir. Əgər Paşinyan dediklərini şifahi şəkildən o tərəf keçməsə, bu, erməni xalqı üçün geridönməz milli faciəyə çevriləcək”.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-06-01 17:38:54

İt Vardan Oskanyan hayla havlayır.

Son yazılar