Menu

Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib - VİDEO

02.06.2023, 00:20
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib - VİDEO

İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.

“Report” xəbər verir ki, bu barədə Gunaz.TV məlumat yayıb.

Bildirilib ki, bu qədim tarixi qalanın 6 000 il yaşı var. Mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir, buraya turistlərin cəlb edilməsi üçün tədbirlər görülür.

Onların fikrincə, fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgədəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.

Bildirilib ki, abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.

Tarixi məlumatlara əsasən, Yaldur qalası Asuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.

Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir.

Şərhlər

t.ədalət 2023-06-02 10:47:48

"Gün.az" tv,deyəsən , ermənilərin xiffətini çəkir.ermənilərə aid olan (rus tarixçiləri "urartu"nu,onun başçısı 1 argiştini ermənilərə məxsus hesab edir) bu qaladan ötrü narahat olanlar,ya seperatçı kürdlərdir,ya da erməni bulaşıqları!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol