İnflyasiya bu il 10,4% faiz proqnozlaşdırılıb. Bu, real deyil.
“APA-Economics” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Qiymətlər sürətlə qalxır. Qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı vacib edir. Demək olar ki, hər gün qiymətlər artır. Gələn ildən inflyasiyanın bu dərəcədə yüksək artması proqnozu keçəcək. Ona görə yenidən əmək haqları, pensiyaların, digər ödənişlərin artırılması üçün ehtiyat maliyyə resurslarının ayrılması istiqamətində tədbirlər görülməsini vacib hesab edirəm”, - deyə deputat əlavə edib.


Şərhlər
MM-də proqnoz etməyə qadir neçə nəfər var?Nə zaman proqnozlarınız doğru çıxıb ki? İnflyasiya haradan və necə hesablanır? Bir ölkə də ki, valyuta sabit qalırsa,məzəndə dəyişmirssə inflyasiya haradan əmələ gəlir?Azərbaycanda istehlak mallarının.ərzağın qiyməti hər ay iki-üç dəfə qalxırsa hansı proqnoz özünü doğrulda bilər? Bu suallara da cənabMəsimli aydınlq gətirə bilsə bəlkə nəyəsə inanmaq olar?Yoxsa nağıllardan millət bezib..