Menu

"65 yaşına çatanların 70-75 faizi pensiya alır" - Nazir müavini

02.06.2023, 12:55
"65 yaşına çatanların 70-75 faizi pensiya alır" - Nazir müavini

"Bəzən fikirlər səsləndirilir ki, 65 yaşına çatmış şəxslərin heç 30-40 faizi pensiya almır. Lakin bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır".

Bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, dinamika bu rəqəmin artacağını göstərir.

"Məsələyə ümumi olaraq deyil, daha çox differensial yanaşırıq. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir. Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır. Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır.

Biz 5 uşağı olan qadınların, zərərli işlərdə işləyənlərin (bunların sayı az idi, 60-nı da əlavə etdik) daha erkən pensiyaya çıxmasını təmin edirik" - deyə o qeyd edib.

Şərhlər

dadaşyev 2023-06-03 17:03:57

Pensiya yaşı nə qədər yüksək olarsa bu,məmurların özləri üçün sərfəlidir.Axmaqdırlarmı ki pensiya yaşını öz əllərilə aşağı salıb öz yağlı vəzifələrindən vaxtından bir neçə il əvvəl getsinlər?Yağlı vəzifələrdə hər il,hər ay yox,hər gün,hər saat şıdırğı yığım kampaniyası getməkdədir.Odur ki onlara qalsa deyərlər 90 yaş,100 yaş olsun pensiya yaşı.Neft-qaz fontan vursun,ölkəyə gələn milyardları Ağamusa Nağıyev kimi acgözlüklə yığıb doldursunlar altlarına,bir manat da millətə xeyriyyə məqsədilə yardım etməsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol