Menu

Yelisey sarayı beştərəfli görüşlə bağlı bəyanat yaydı – Ərazi bütövlüyünə sadiqlik təsdiq edilib...

02.06.2023, 13:05
Yelisey sarayı beştərəfli görüşlə bağlı bəyanat yaydı – Ərazi bütövlüyünə sadiqlik təsdiq edilib...

Yelisey sarayı Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası rəhbərlərinin iştirakı ilə keçirilən beştərəfli görüşün yekunlarına dair bəyanat yayıb.

“AzPolitika.info” xatırladır ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə danışıqlar aparıb.

“Ermənistanın baş naziri və Azərbaycan Prezidenti 6 oktyabr 2022-ci ildə Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqlədilər. Onlar Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiq etdilər.

Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıblar. Onlar həmçinin Aİ-nin monitorinq missiyasının Ermənistanda davam etdirilməsinin vacibliyini vurğulayıblar"  - deyə, Yelisey sarayından yayılan məlumatda bildirilir. 

Məlumatda iddia olunur ki, Qarabağda qalan ermənilərin təhlükəsizliyinin təmin olunmasının vacibliyi də qeyd edilib.

“Fransa Prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb” - deyə, məlumatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol