Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə bilinən peşəkar mühafizə xidməti "Security Operation Services" (SOS) MMC 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər təşkil edib.
"AzPolitika.info" xəbər verir ki, "SOS" Uşaq Kəndlərinin azyaşlı sakinləri üçün təşkil olunan silsilə tədbirlər olduqca maraqlı, əyləncəli və bir o qədər də yaddaqalan olub. Onu da qeyd edək ki, “SOS" Uşaq Kəndləri – valideyn himayəsindən məhrum olmuş uşaqları ailə əsaslı qayğı ilə təmin edir.
Qeyd edək ki, sözügedən tədbir çərçivəsində "SOS" MMC-nin rəhbərliyi, idarənin kollektivi və şəxsi heyəti 29 may tarixində Gəncə şəhərində Heydər Əliyev adına park kompleksində yerləşən "Costa" restoranında tədbirdə iştirak edib, 1 iyun tarixində isə Bakı şəhərində yerləşən "SOS" Uşaq Kəndlərini ziyarət ediblər.

İyunun 2-də paytaxtda uşaqların əyləncəli zaman keçirmələri üçün nəzərdə tutulan növbəti tədbir keçirilib. "SOS" MMC və Dənizkənarı Bulvar idarəsinin təşkilatçılığı ilə Bakı Bulvarında keçirilən tədbir səhər saat 10:00 -dan başlayaraq 14:00-a kimi davam edib. Bu maraqlı proqram çərçivəsində uşaqlar - Butat, Motodrom, Avtodrom və "Dəniz" Mall- da yerləşən müxtəlif atraksionlardan istifadə edərək, şənləndilər. Tədbirin davamında uşaqların vaxtlarını səmərəli keçirmələri üçün "Suraxanı" Gəmi-Muzeyinə səyahət və gəminin göyərtəsində nahar yeməyi təşkil edilib. Uşaqların üzlərinə gülüş bəxş etmək məqsədi ilə tədbirə klonlar, dj və müxtəlif personajlar dəvət olunub.
Axşam saatlarında isə "Qəsr" restoranında şam edən uşaqlar yaddaqalan musiqili-əyləncəli bir gecə keçirdilər. Unudulmaz gün üçün valideynlər "SOS" MMC-nin rəhbərliyinə, həmçinin "Suraxanı" gəmi-muzeyinə səyahətlə bağlı Xəzər Dəniz Administrasiyasına minnətdarlıqlarını bildirdilər.
Əyləncəli tədbirlər AzTV, ARB televiziyaları və həmçinin “İki sahil" və “AzPolitika.info” saytları tərəfindən işıqlandırıldı.
"AzPolitika.info"




















Şərhlər