"AZƏRBAYCAN MƏSƏLƏNİ MASADA YOX, SAHƏDƏ HƏLL EDƏ BİLƏR" - "Paşinyanın “menyusu” üzrə razılaşmanın reallığı sual altındadır"

“Paşinyan sərhədin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması razılığının olduğunu iddia edir”.

"AzPolitika.info"  xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Onun sözlərinə görə, bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər, lakin Ermənistan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən, Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərini istəyir: “Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır. Ermənistan bu kəndlər üzərindəki nəzarəti “bütün sərhəd xətti boyunca demilitarizasiya zonasının yaradılması” ilə aradan qaldırmaq niyyətindədir.

Demilitarizasiya zonasının yaradılması müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki, Azərbaycan ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.

Mümkündür ki, masada “barter” məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün “dəhliz yaratmaq” probleminə görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür. Digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var. Yaxud tərəflər “29,8 – 86,6” prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər.

Masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik, xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın iki məsələdə öz mövqeyi var:

“Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;

İkincisi, sərhəddə “demilitarizasiya zonası”nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi;

Bu baxımdan, Paşinyanın iddia etdiyi “menyu” üzərində razılaşmanın reallığı sual altındadır.

Əliyevin mayın 28-də Laçında səsləndirdiyi “Delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq” sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır. Azərbaycan məsələni masada yox, sahədə həll edə bilər”.

635x100

Şərhlər

Moshu 2023-06-04 19:35:30

Gədəbəy Azərbaycanda yeganə rayondur ki, nəinki ərazisini qorudu, ötən əsrin 90-cı illərində hətta böyük bir ərazisi olan Başkənd (Artsvaşen) kəndini erməni quldurlarından azad etməyə müvəffəq oldu. Hələ uşaq yaşlarımda ağsaqqal babalar, ağbirçək nənələr danı.ardılar ki, ötəm əsrin əvvəllərində hansısa bəy bu ərazini köyçək bir erməni haxçığına (q.......ə) bəğşiş (hədiyyə) edib. Bəlkə də doğrudan da belə olub? Kənd əhalisi yeni yaradılan Silahlı qüvvələrimizin (özünümüdafiə batalyonlarının) köməkliyi ilə Başkəndi azad etdi. Bu ermənilərə böyük göz dağı idi. Kiçik bir arayış vermək istərdim. Başkənd kənd təsərrüfatı sahəsində Ermənistan iqtisadiyyatının 30 faizini (ət, yağ, süd, alma, balıq, ot tədarükü və s.,) təmin edirdi. Həmin illərdə bu ərazi erməni saqqallıları ilə doldurulmuşdu, Şınıx camaatına qan uddururdular. Novosaratovka kəndindən Başkənddən keçməklə öz ərazinə keçmək üçün gərək silahlı əsgərlərin müşayiəti ilə keçəydin. Bu gün Allaha şükür artıq belə təhlükə yoxdur. Qaldı ermənilərin Başkəndə qayıtmaqlarına. Buyurub gəlsinlər, əgər buna cürətləri çatsa. Başkənddə daş daş üstə qalmayıb, lələ köçüb yurdu qalıb. Heç yurdu da qalmayıb. Ötən əsrin 60-70-ci illərində Şınıx bölgəsində Tağılar kəndi mövcud idi. Səriştəsiz rəhbərlərimizin maymaqlığı nəticəsində həmin kənd (hazırda bu kəndin sakinləri Novosaratovka və Yenikənd kəndinin yaxınlığında məskunlaşıblar. Bu kəndə el arasında Vyetnam da deyilir) 750 hektar ərazisi ilə ermənilərin tapdağı altına keçib. Bu ərazi bəlkə də Başkəndin ərazisindən böyükdür. Ermənilər bundan artıq nə istəyirlər, gözləri doymur?

Moshu 2023-06-04 14:17:35

Gədəbəy Azərbaycanda yeganə rayondur ki, nəinki ərazisini qorudu, ötən əsrin 90-cı illərində hətta böyük bir ərazisi olan Başkənd (Artsvaşen) kəndini erməni quldurlarından azad etməyə müvəffəq oldu. Hələ uşaq yaşlarımda ağsaqqal babalar, ağbirçək nənələr danı.ardılar ki, ötəm əsrin əvvəllərində hansısa bəy bu ərazini köyçək bir erməni haxçığına (q.......ə) bəğşiş (hədiyyə) edib. Bəlkə də doğrudan da belə olub? Kənd əhalisi yeni yaradılan Silahlı qüvvələrimizin (özünümüdafiə batalyonlarının) köməkliyi ilə Başkəndi azad etdi. Bu ermənilərə böyük göz dağı idi. Kiçik bir arayış vermək istərdim. Başkənd kənd təsərrüfatı sahəsində Ermənistan iqtisadiyyatının 30 faizini (ət, yağ, süd, alma, balıq, ot tədarükü və s.,) təmin edirdi. Həmin illərdə bu ərazi erməni saqqallıları ilə doldurulmuşdu, Şınıx camaatına qan uddururdular. Novosaratovka kəndindən Başkənddən keçməklə öz ərazinə keçmək üçün gərək silahlı əsgərlərin müşayiəti ilə keçəydin. Bu gün Allaha şükür artıq belə təhlükə yoxdur. Qaldı ermənilərin Başkəndə qayıtmaqlarına. Buyurub gəlsinlər, əgər buna cürətləri çatsa. Başkənddə daş daş üstə qalmayıb, lələ köçüb yurdu qalıb. Heç yurdu da qalmayıb. Ötən əsrin 60-70-ci illərində Şınıx bölgəsində Tağılar kəndi mövcud idi. Səriştəsiz rəhbərlərimizin maymaqlığı nəticəsində həmin kənd (hazırda bu kəndin sakinləri Novosaratovka və Yenikənd kəndinin yaxınlığında məskunlaşıblar. Bu kəndə el arasında Vyetnam da deyilir) 750 hektar ərazisi ilə ermənilərin tapdağı altına keçib. Bu ərazi bəlkə də Başkəndin ərazisindən də böyükdür. Ermənilər bundan artıq nə istəyirlər?

Son yazılar