RÜŞVƏT ALARKƏN YAXALANAN GÖMRÜK POLKOVNİKİ AZADLIĞA BURAXILDI - VİDEO

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkuma təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 dollar (85 manat) olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.

C.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

dadaşyev 2023-06-05 10:46:32

Ümumiyyətlə,Qafqazda pulla düzəlməyən iş yoxdu.Əgər düzəlməzsə,demək,az pul vermisən.pulun az idisə birindən borc alıb verərdin ki,ver ki işdən atmasınlar məni,üç gün keçməz sevindirrəm səni artıqlamasıyla.Bankdan kredit götürərdin lap belə yüksək faizlə.Üç günə onnan-bunnan dartıb verəcəksən dəə.Bilmirdin?Biləydin.Nə biləydim,o vaxt əsgərlikdə olmuşam axı?Əsgərlikdə olsan da zəng eliyib qardaşınnan,dost-tanışından soruşub öyrənəydin.

Yetmalı 2023-06-03 18:24:20

Məhkəməyə erdiyi rüşvətin miqdarını da yazın!

dadaşyev 2023-06-03 13:29:14

Aaaa!Gömrüyün şöbə rəisini 750 dollar rüşvət üstündə tutmaq qaişnikin BMV-ləri,Pradoları,Kadillakları,Shevroleləri buraxıb mostu qaçan Moskviç-412-ni saxlaması kimi absurd bir şeydi.Nonsens yəni.Özünə azca da olsa dəyər verən qaişnik vallah yuxuda da belə qələt eləməz,çünki ayıb diyə bir şey var,sonra kolleqaları nə deyər ona?Dəvətnamə versə toyuna gələn olmaz o qaişnikin.Mən deyərdim ki,hətta işinə bərpa etmək də lazımdır bu adamı.Çünki bu gömrük ki var,kino kimi qəliz bir şeydi;həm qəlizdi,həm də ki vacib.Ayə bu gömrükdü,burda neynəmək lazımdı?Rüşvət almaq,vəssalam.”Nətər alaq ee?Alan kimi tuturlar axı”.Nətər yəni tuturlar ayə?Bu əlinnən al,bu əlinnən ver dəə,verməsən əlbəttə tutarlar.Şair də gözəl deyib: məmurlarımızın rüşvət almaq kimi bir adəti var.

RR 2023-06-03 11:04:57

Super , demakratiya kim ne isteyir onuda edir ?

Son yazılar