Menu

Emin Əmrullayev valideynlərə çağırış edib

03.06.2023, 11:48
Emin Əmrullayev valideynlərə çağırış edib

"Hər bir insanın içində bir istedad var. O istedadı vaxtında üzə çıxarmaq isə əsas məsələdir".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, insanı dəyişdirən onun mühitidir: "İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərcləniləcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir".

Şərhlər

Elmira 2023-06-03 14:22:13

Axır ki, çox vacib fikir səslənib!

Muğata 2023-06-03 13:56:17

Səfeh, lazımsız, vaxtı çoxdan keçmiş fəlsəfi pastulatlara söykənməklə cəmiyyəti irəli aparmaq olmaz. İnsana verilən bu dəyərlər elmi kommunizm kitabından da çıxarılıb.

Eli 2023-06-03 13:12:43

Dünyada iki ölkede:Yaponiya ve Almaniyada uşaqların mektebeqeder dövrde xüsusi komissiyalar terfinden her bir uşağın istedadının hansı saheye olduğu müeyyen edilerek valideynlere mğsbet tövsiyyeler vetirler,netice de göz qabağındadır bı ölkeler nece inkişaf edir.

dadaşyev 2023-06-03 13:10:47

Elə bəla da ondadır ki,insanı dəyişdirən onun mühitidir.Mühitimiz istedadı üzə çıxartmaq üçün deyildir,cənab nazir,istedadı öldürmək üçündür.İstər yüksək ranqlı məmurlar,istərsə də istedadlıdır deyilib üzə çıxarılanlar sadəcə bəxt üzlərinə gülən adamlardır;ya ilahidən yaxşı bir bölgədə doğulub,ya ilahidən Hüseyin Bolt kimi qaçağandı,ya ilahidən yaxşı bölgədə doğulanlarla qohumluq,dostluq əlaqələri var,ya da dədəsinin-dayısının-əmisinin pulunu balta kəsməz,verib bəlli adamlara irəliləyib.Kim desə ki,bu belə deyil,ya kökünə qədər yalançının,saxtakarın,min sifətə düşən buqələmunun birisidir,ya da xaricdə doğulub boya-başa çatan insanımızdır,Azərbaycana ikicə gündür ki gəlib yerləşib deyə dünyadan xəbəri yoxdur.Elə mühit istedad öldürən mühit olduğu üçündür ki,perestroykadan bu yana nə adam kimi kinomuz var,nə adam kimi simfoniyamız,rəsm əsərlərimiz,operamız,nə adam kimi ədəbi əsərlərimiz.Hər kəsin arzusu yağlı bir vəzifəyə qarmağını ilişdirməkdir;ilişdirdimi,çalıb çapıb villa tikəcək,kabinet boyda maşın alacaq,Ağ Divlə Qara Divin qalaçası kimi yekə divarlı hasar hörüb pultla açılan darvaza qoyacaq,vəssalam.Sizinki sizdə,mənimki məndə.Vətən anlayışı deyə bir şey onun üçün yalnız tikdirdiyi qalaçasının eni və uzunluğu boyda olacaq.Gecə-gündüz eyş-işrət,ye iç kef elə,rəqqasələr gəlsin,çaxırdan süz,kartı payla.Düşüncəmiz bununla da sərhədlənib deyə istedad-mistedad hərləyən,qoz-fındığına alan yoxdu müstəqillik dövründə.Cahiliyyə dövrünə qədərki əbu cəhllərin həyatıdır mühitimiz.Ona görədir ki,universiteti qırmızı diplomla bitirən,məktəbi qızıl medalla qurtaran,oxumaqdan gözləri nurunu itirmiş bədbəxt ya taksi şoferi olur,ya sement-beton qarışdırır,ya da olur bazar alverçisi “Alça gül açdı” deyə-deyə.Alça gül açmadı ee,a bala,a mən diyən,istedadın dombalaq aşdı qoymayın,iş yavalaşdı qoymayın,qırıldı qaçdı qoymayın,çəpərdən aşdı qoymayın,küfrə bulaşdı qoymayın,lap danabaşdı qoymayın.Niyə?Çünki dəyərləri korroziyaya uğrayıb error verən mühitdi bu mühit.Qoymoun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol