Menu

Hindistanda qatar qəzasında ölənlərin sayı 288 nəfərə çatıb – VİDEO

03.06.2023, 13:56
Hindistanda qatar qəzasında ölənlərin sayı 288 nəfərə çatıb – VİDEO

Ötən gün Hindistanın şərqindəki Odişa əyalətində baş verən qatar qəzasında 280 nəfər ölüb, 900-dən çox insan isə yaralanıb.

“AzPolitika.info” xəbər verir ki, qəzada iki sərnişin və bir yük qatarı olmaqla üç qatar toqquşub.

Məlumata görə, axşam saatlarında baş verən qəzada təxminən 130 km/saat sürətlə hərəkət edən “Coromandel Express” qatarı relsdən çıxaraq ona bitişik relsdəki digər sərnişin qatarına çırpılıb.

Odişa əyalətinin rəsmiləri hadisə yerinə 200-dən çox təcili yardım maşını göndərildiyini, həmçinin xilasetmə işlərinin davam etdiyini bildiriblər.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol