Menu

“Bəzi Alyans ölkələri Ukraynanın NATO-ya qoşulmasını istəmir" - Zelenski

03.06.2023, 14:22
“Bəzi Alyans ölkələri Ukraynanın NATO-ya qoşulmasını istəmir" - Zelenski

“NATO-ya üzv olan bəzi ölkələr Ukraynanın Alyansa qoşulmasını istəmir".

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu, həmin ölkələrin Rusiyadan qorxmaları ilə bağlıdır: “Lakin Ukrayna Alyansa qoşulmaq üçün razılıq gözləyir”.

V. Zelenskinin sözlərinə görə, Ukrayna indi yox, müharibədən sonra Alyansa üzv olmağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol