Menu

Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

04.06.2023, 11:35
Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri; 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol