Menu

Türkiyədə baş verən atışmada 7 polis yaralanıb

05.06.2023, 08:41
Türkiyədə baş verən atışmada 7 polis yaralanıb

Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.

Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol