Menu

8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb - VİDEO

05.06.2023, 09:47
8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb -  VİDEO

Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib.

“Trend” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub və yanğın söndürülüb

 Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol