“Rusiya 2024-cü ildə neft hasilatını azaltmalı olacaq” – OPEC

Rusiyanın 2024-cü ildə neft hasilatı kvotası sutkada 650 min barel azalacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Vyanada keçirilən iclasında bildirilib.

OPEC ümumi hasilat hədəflərini 2024-cü ildən gündəlik daha 1,4 milyon barel azaltmaq barədə razılığa gəlib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya gündəlik kvotadan 500 min barel az neft hasil etmək öhdəliyini icra etməyə davam edəcək.

Qeyd edək ki, 2023-cü il üçün Rusiyanın gündəlik neft hasilatı 10 milyon 478 min barel təşkil edirdisə, bu say 2024-cü ildə 9 milyon 828 min barelə qədər azalacaq.

OPEC-dən bildirilib ki, brlə bir addımın atılmasında məqsəd dünya bazarında neftin qiymətinin aşağı düşməsini dayandırmaqdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar