Menu

"Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır" - Taleh Kazımov

05.06.2023, 13:55
"Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır" - Taleh Kazımov

Yeni təklif olunan qanunda “Exchange” – valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institsuional bir valyuta mübadilə biznesi formalaşsın.

“APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm ki, bizdə də belə olsun. Hansısa “podyezd”də, “budka”da yox, institutsional formada valyuta mübadilə şöbələri formalaşsın. Qanun da bunu nəzərdə tutur”, - deyə Taleh Kazımov əlavə edib.

Şərhlər

2+2=4 2023-06-05 18:57:20

Yaxshi olardi elbette ki, …. Liseniyalarin verilmesi huququ da merkezi bankdan alinib verilmelidir Nazirler Kabinetine…….. chox yaxshi olardi ki, Bash nazirin meslehetchilerinden biri meshqul olardi bu vacib meselelerle……)))))))))))

Şahin 2023-06-05 16:50:25

Bunun üçün dövlətin fəailyyəti,istəyi və nəzarəti olmalıdır.Bu olmadığı halda möhrəkirlər başqa yollar aramaldırlar və arayacaqlar.Ho-ha deməklə donuz darıdan çıxmaz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol