Menu

“Ordu yavaş-yavaş aradan çıxır” - Priqojin Şoyqu ilə Gerasimovu cəbhəyə çağırır

05.06.2023, 16:51
“Ordu yavaş-yavaş aradan çıxır” - Priqojin Şoyqu ilə Gerasimovu cəbhəyə çağırır

Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı ərazilərin bir hissəsini əks-hücum nəticəsində geri qaytara bilib. 

“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova növbəti müraciətində bildirib.

Priqojin deyib ki, Rusiya ordu hissələri Baxmutun yaxınlığındakı olduqca əhəmiyyətli və əlverişli Berxovka yaşayış məntəqəsini qoyub qaçıblar: “İndi Berxovka yaşayış məntəqəsinin bir hissəsi artıq itirilib. Ordu yavaş-yavaş qaçır! Ayıbdır!”

Priqojin Şoyquyla Gerasimovu istehza ilə cəbhəyə gəlməyə və “ordunu ayağa qaldırmağa” çağırıb: “Siz bunu bacararsınız! Bacarmasanız da, qəhrəman kimi ölərsiniz”.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol