“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti Rusiya ordusunun polkovnik-leytenantı, 72-ci motoatıcı briqadanın komandiri Roman Venevitin dindirilməsini əks etdirən video yayıb. Ehtimallara görə, o, Ukraynanın şərqində - cəbhə xətti yaxınlığında baş verən münaqişədən sonra PMC tərəfindən tərhsilah edilərək əsir götürülüb.
Bundan əvvəl, mayın 17-də Baxmut yaxınlığındakı Semigorye kəndi yaxınlığında PMC döyüşçüləri ilə rus ordusunun əsgərləri atışma baş verib. Yayılan xəbərlərə görə, Rusiya hərbçiləri “Vaqner” PMC-nin muzdlularının geri çəkilmə yollarına minalar döşəyib. Onlar minaları təmizləməyə cəhd edərkən hərbi mövqelərdən atəşə tutulublar. Atışma zamanı “Vaqner”ə məxsus” “Ural” hərbi avtomobili zədələnib.
Bu, yəqin ki, Rusiya hərbçiləri ilə “Vaqner”çilər arasında ictimaiyyətə açıqlanan ilk açıq toqquşmadır. Mediada yayılan məlmatlara görə, muzudlular 72-ci motoatıcı briqadanın komandiri, polkovnik-leytenantın rəhbərlik etdiyi bir qrup hərbçini saxlayıblar.
Dindirmə videosunda Venevitin etiraf edir ki, o, “Vaqner” PMC-nin sürətli reaksiya qrupunun tərksilah edilməsi əmrini verib və onların “Ural” avtomobilinə atəş açıb. O, bunu şəxsi qərarı kimi təqdim edib və “öz hərəkətlərini necə xarakterizə edir” sualına uzun fasilədən sonra “günahkar” cavabını verib.
Qərb hərbi ekspertləri bir qədər əvvəl qeyd etmişdilər ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya tərəfindən döyüşən birləşmələr müntəzəm olaraq ümumi komandanlığa tabe deyillər və bir-biri ilə münaqişəyə girirlər. Baxmut uğrunda gedən döyüşlər fonunda Priqojin dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu kəskin tənqid edən videolar yayıb.
Müdafiə Nazirliyi belə bəyanatlara münasibət bildirmir. Venevitinin əsir götürülməsi faktına da heç bir Rusiya rəsmisi tərəfindən şərh verilməyib.
“Sirena” “Teleqram” kanalı yazır ki, araşdırma zamanı məlumat bazalarında Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasında təhsil almış Roman Venevitin adlı hərbçi tapıb. Kanalın məlumatına görə, onun 45 yaşı var, o, əvvəllər Nijni Novqorod vilayətində təhlükəsizlik agentliyində işləyib.
“AzPolitika.info”


Şərhlər
Bu alkaş şerefsiz Priqojin son neticede Qerbin “Sukası”statusunda meydana teşrif bğyuracaq ki onda da Putin “ bey” qazaxlılar demişken “Çezdin ay Çiçek “ mahnusını oxuyacaq.