Menu

NATO mənzil-qərargahını genişləndirməyi planlaşdırır

05.06.2023, 20:42
NATO mənzil-qərargahını genişləndirməyi planlaşdırır

NATO yeni üzvləri qəbul etmək üçün mənzil-qərargahını genişləndirməyi planlaşdırır.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO alyansa yeni qəbul olunmuş Finlandiyanın missiyası üçün yer tapmağa çalışdığından Brüsseldə əlavə bina tikməyi düşünür.

NATO-dan qeyd edilib ki, Finlandiya nümayəndə heyətinin NATO-nun mənzil-qərargahına köçməsi prosesi yaxın həftələrdə və aylarda tamamlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol