Menu

Akif Kılıç Türkiyə Prezidentinin baş müşaviri təyin edilib

06.06.2023, 10:02
Akif Kılıç Türkiyə Prezidentinin baş müşaviri təyin edilib

Akif Çağatay Kılıç Türkiyə Prezidentinin baş müşaviri təyin edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb.

Təyinatla əlaqədar olaraq Kılıça səfir diplomatik rütbəsi verilib.

Qeyd edək ki, Kılıç 1976-cı ildə Almaniyanın Zigen şəhərində anadan olub.

O, Böyük Britaniyanın Hertfordşir Universitetində təhsil alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol