Menu

Ermənistanda yüksək vəzifəli şəxsin oğlu 240 bağlama narkotik maddə ilə tutulub

06.06.2023, 10:54
Ermənistanda yüksək vəzifəli şəxsin oğlu 240 bağlama narkotik maddə ilə tutulub

Ermənistanın güc strukturunun yüksək rütbəli və vəzifəli şəxsinin oğlu 240 bağlama narkotik maddə ilə tutulub.

“Report” xəbər verir ki, məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, adı hələ açıqlanmayan həmin vəzifəli şəxsin oğlunun avtomobili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Avtomobildə aparılan axtarış nəticəsində 240 bağlama narkotik maddə aşkarlanıb.

Məlumata görə, məmur oğlu artıq həbs olunub.

Bildirilib ki, vəzifəli şəxsin adı yaxın zamanda açıqlanacaq.

Hadisə Ermənistan ictimaiyyətində qalmaqala səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol