Tahir Əmiraslanovun Dünya Kulinariya Mütəxəssisləri Assosiasiyasına milli üzvlükdən çıxarılması istiqamətində fəaliyyətə başlanılıb.
APA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə məlumat verib.
O bildirib ki, hazırda Orxan Muxtarovun rəhbərlik etdiyi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvlüyə qəbul edilməsi üçün işlər görülür.


Şərhlər
Azərbaycan mətbəxini bilənlərin kralıdı bu adam,buyurun,dünya kulinariya assosiasiyasına milli üzvlükdən də çıxarılır.Allah Allaaaah!Sonra cənab Emin Əmrullayev deyir ki,istedadı mühit üzə çıxardır.Mənsə demişdim xeyr,bizim mühit istedadı öldürür,məhv edir.Necədir,mən doğru demişdimmi,cənab Əmrullayev?Bu istedadı bu mühit üzə çıxarmış oldumu,yoxsa məhv etmiş oldumu?Adam keçənlərdə evindəki bütün kulinariya kitablarını yandırıbmış əsəbindən.