Baxmut ərazisində son hərbi əməliyyatlar zamanı əslən Azərbaycandan olan döyüşçü Seymur Sadıqov həlak olub.
O 12 gün öncə itkin düşüb, cəsədi iyunun 4-də tapılıb, mərhumun yaxınları bildiriblər.
Sadıqov Azərbaycanın Astara rayonunda anadan olub. Xarkovda yaşayıb, Ukrayna vətəndaşıdır. Xarkovda dəfn ediləcək.
Azərbaycan diasporunun məlumatına görə, Ukraynada müharibədə bu ölkənin vətəndaşı olan 40-dan çox etnik azərbaycanlı həlak olub. /"Turan"


Şərhlər