“BUDUR RUS DÜNYASI...” - Rusiya su altında qalan əhalini taleyin ümidinə buraxıb + VİDEO

Kaxovka SES-in partladılmasından sonra Dnepr çayının Rusiya qoşunlarının işğalı altında olan sol sahilində vəziyyət kritik həddə çatıb. Rusiya həmin ərazilərdən ilk növbədə öz hərbi texnika və silah-sursatını çıxarmaqla məşğuldur. Yerli mənbələrin yaydığı məlumatrlar və su altında qalan yaşayış məntəqələrində çəkilən videogörüntülər isə göstərir ki, əhalinin evakuasiyası ilə məşğul olan yoxdur, insanlar taleyin ümidinə buraxılıb.

“AzPolitika.info” xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə Dneprin sol sahilindəki əhalinin sağ sahildən, yəni Ukraynanın nəzarətindəki Xerson şəhərindən gələn xilasedicilər, könüllülər tərəfindən xilas olunmasına dair görüntülər yayımlanıb. İşğalçı adminstrasiya isə əhalini köçürmək əvəzinə, məsələn, ən çox zərər dəymiş Oleşki yaşayış məntəqəsindən insanların çıxışının qarşısını alır.

Rusiyanın “ASTRA” nəşri yerli mənbələrə istinadla yazır ki, sol sahildəki Oleşki və Qolaya Pristan yaşayış məntəqələrində insanlar bütün gecəni fəlakətdən xilas olmağa çalışıblar. Nə qədər insanın su altında qaldığı, həlak olduğu bilinmir. İşğalçı administrasiya isə əhaliyə heç bir ciddi yardım göstərməyib.

“Onlar hamısı, ilk növbədə də hərbçilər dərhal qaçdılar. Evlərin əksəriyyəti su altındadır, insanlar evlərin damlarında oturub, kömək gözləyirlər. Kömək isə yoxdur. Telefonlarımızın da enerjisi bitir. Budur “rus dünyası”” – deyə, sakinlərdən biri Rusiya nəşrinə telefonla bildirib.

“AzPolitika.info”  

635x100

Şərhlər

t.ədalət 2023-06-07 13:01:43

Ruslar dünyada vəhşiliyin və terrorun singəsinə çevrilib.Allah cəzalarını versin!Rusdilliləri də onların dalınca göndərsin!

Son yazılar