Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7 %, inkişaf etməkdə olan ölkələr üzrə 8,6 % səviyyəsində proqnozlaşdırılır: “İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur".
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib. 2022-ci ilin payızında təqdim edilmiş hökumətin ilkin qiymətləndirmələrinə görə, 2023-cü ildə orta illik inflyasiya proqnozu 6,9 % təşkil edirdi.


Şərhlər
Iqtisadiyyatı qəsdən dağıdılmış,bərpası üçün əməli iş görülməyən.,idxalın ixracı (neft.qaz və xammal xaric ) dəfələrlə üstələdiyi ölkədə hansı inkişafdan,iqtisadiyyatdan danışmaq olar? Bu nazirlik inert bir qurum kimi,fiktiv məlumatlarla baş dolandırır.bi boyda ştatla dövlət büdcəsindən yüksək maaşla təmin olunan kimlərrinsə evladı,qohumlarına ayı xidməti göstərilir.Bu nazirliyin Statistika komitəsi ilə (yanlış məlumat bazası ) eyni fəaliyyəti niyə möhtərəm Prezidentin diqqətindən yayındırılır?