Menu

Türkiyə hərbçilərinin Kosovoya göndərilməsi başa çatıb

07.06.2023, 13:15
Türkiyə hərbçilərinin Kosovoya göndərilməsi başa çatıb

Türkiyə hərbçilərinin Kosovoya göndərilməsi başa çatıb.

APA “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kosovoda baş verən hadisələrdən sonra NATO Birləşmiş Qüvvələr Komandanlığının müraciəti əsasında türk əsgərlərinin göndərilməsi prosesinin ikinci və üçüncü mərhələsi başa çatıb.

Qeyd olunub ki, 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komando batalyonunun hərbçilərini aparan Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus A-400M təyyarəsi Çorlu hərbi hava limanından yola salınıb və onlar artıq Priştinadadırlar.

Türkiyənin Priştinadakı səfiri Sabri Tunç hərbçiləri qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol