“Biz istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq, bu birmənalıdır”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
“Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul idxal edirdiksə, bu gün biz o məhsulu Braziliyadan idxal edirik. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”, - deyə o vurğulayıb.


Şərhlər
Bunlar nə zaman danışanda düşünəcəklərr?Azərbaycanda dolların və Yevronun məzənnəsi uzun illərdir sabit saxıanılır.Amma idxal əməliyyatları ararılan ölkəlrdə bu hal baş vermir.Məzənnə dəyişir və qiymətlr onlların daxili bazarı üşün bahalaşır.İdxal qiymətləri xarici valyuta ilə olduğundan xaricdə valyuta məzənnəsinin dəyişməs yalnız onların daxilində öz pul vahidləri ilə bahalaşır,İxrac qiyməti valyuta ilə dəyişmir.Belə halda niyə Azərbaycanda bahalaşma baş verməlidir?