İMPERİYAÇILARIN “QARABAĞ DƏRDİ” BÖYÜYÜR... – Bakını bombalamağı tələb edən “alim” yenə sayaqladı

“Sülhməramlılar 20 il qalsın, Qərb Qafqazdan uzaq dursun...”

Zaxarovanın da mövqeyi xəstə təfəkkürlü alimlə üst-üstə düşür

Azərbaycan hərbi qələbəsini siyasi-diplomatik müstəviyə keçirdikcə, Rusiyadakı imperiyaçı, şovinist, ermənipərəst siyasi elitanın narahatlığı çoxalır. Xüsusilə də Azərbaycanın öz suveren hüquqları çərçivəsində Laçın istiqamətindəki sərhədində nəzarət-keçid məntəqəsi quraşdırması, eləcə də Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla rəsmən tanımağa məcbur olması Moskvanın regionumuzdakı tarixi imperiyaçılıq “missiyası”nı ciddi təhlükə altına alıb. Bu səbəbdən Kremldə və onun tezisləri ilə işləyən “ekspertlər” çevrəsində Qarabağda qalan azsaylı erməni əhalisinin gələcək taleyi, həmçinin, Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki aktivliyi mövzusunda vay-şüvən qaldırması başa düşüləndir...

“AzPolitika.info” xəbər verir ki, Rusiya hakimiyyətinə yaxın olan ən avantürist “ekspertlər”dən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin sabiq aparıcı eksperti Mixail Aleksandrov növbəti sərsəm açıqlama ilə çıxış edib.

Ötən il Rusiya efirlərində səslənən müraciətində “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanmalı və tamamilə məhv edilməli olduğunu” deyən M.Aleksandrov bu dəfə Emənistan mətbuatında Qarabağın bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontingentinin 20 il ərazimizdə qalmasını, bunun BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsini və həmin kontingentə BMT-nin sülhməramlı statusu verməsini təklif edib. Aleksandrov bir qədər də irəli gedərək, ümumiyyətlə, Qarabağın idarəçiliyinin azı 20 il müddətinə Rusiyaya verilməli olduğunu deyib. “Ekspert” bunu onunla izah edib ki, “Azərbaycan Qarabağın “statusu” məsələsini müzakirə etmək istəmir və buna görə də BMT Təhlükəsizlik Şurası “müvafiq qərar” çıxarmalıdır.


Öz absurd təklifinin reallaşmasına özü də inanmayan Aleksandrov təəssüflə bildirib ki, hazırkı reallıqlar bu “planın” yerinə yetirilməsini mümkünsüz edir. Çünki Ukrayna müharibəsinə görə BMT TŞ-nin üzvlərinin Rusiya ilə münasibətləri hədsiz dərəcədə korlanıb: “İndi Qərblə Rusiya arasında münaqişə var. Yəqin ki, bu münaqişə 2025-ci ilə qədər(Qarabağ ərazisinin bir hisəsinə müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinə verilən müddət bitənə qədər-red) bitməyəcək. Ona görə də Rusiya kontingentinin BMT mandatı alacağı şübhəlidir...”

Aleksandrov vəziyyətdən çıxış yolu kimi Rusiyanın birtərəfli qaydada Qarabağdakı hərbi kontingentinin müddətini uzatmasını təklif edib. “Ekspert” hesab edir ki, bunun üçün Moskva “siyasi iradə nümayiş etdirməlidir”. Aleksandrov deyib ki, Qərb Moskvanın Cənubi Qafqazda qalmasının əleyhinədir, ona görə də Ermənistanı və Azərbaycanı Rusiya ilə münaqişə həddinə çatdırmağa çalışır.

Maraqlıdır ki, təxminən eyni tezislər də dünən Rusiya XİN sözçüsü Mariya Zaxarovanın ifasında sələndirilib. Zaxarova deyib ki, Qərbin Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində aktivləşməsi “suallar doğurur”. “Tarixi faktlara” əsaslanan Zaxarova deyib ki, belə münaqişələrin kənardan tənzimlənməsi cəhdləri həmişə vəziyyəti daha da pisləşdirib: “Əvvəllər Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz problemlərinə xüsusi diqqət göstərilmirdi. İndi görünür konyuktura dəyişib. Ancaq tarixi təcrübə göstərir ki, kənardan, xüsusilə də tələsik rejimdə və təzyiqlə gətirilən sülh formulları yaxşı heç nəyə gətirib çıxarmır”.

Görünür, Zaxarova Rusiyanın Qafqazdakı tarixi təcrübəsindən çıxış edir. Doğrudan da təcrübə göstərir ki, Rusiya kimi dövlətlərin “sülh formulları” tarix boyu əks-effekt verib və Qafqaz xalqlarının bir-birilə daim münaqişədə yaşamasına gətirib çıxarıb. Elə Rusiyanın istədiyi də məhz bu olub.

“Tələsik rejim”ə gəlincə, o da məlumdur ki, Kreml “ekspert” M.Aleksandrovun da açıq bəyan etdiyi kimi, problemin davam etməsində və uzandıqca uzanmasında maraqlıdır. Ona görə də “sülhməramlılar”ın Qarabağ ərazisinin bir hissəsində 20 il qalması və hətta Xankəndinin idarəçiliyinin rus hərbçilərinə verilməsi təklif olunur. Zaxarovanın sülh müqaviləsinə “tələsik rejimdə” nail olunmasına qarşı çıxması da Aleksandrovun dediklərilə üst-üstə düşür. 

Yəni, Moskva birmənalı olaraq tezliklə sülh müqaviləsinin imzalanmasına, Azərbaycanla Ermənistanın qarşılıqlı şəkildə münasibətlərinin normallaşmasına, sərhədlərin və ərazi bütövlüyünün tanınmasına, ən nəhayət Qarabağın ermənilər yaşayan hissəsinin də birmənalı olaraq Azərbaycanın tərkib hissəi kimi tanınmasına qarşıdır. Odur ki, bunu gah Aleksandrov kimi “şizofrenik”lərin, gah da Zaxarova kimi “diplomatlar”ın dililə sələndirməkdədir. Ancaq sahədəki reallıq artıq aleksandrovların, zaxarovaların, lavrovların, zatulinlərin və s. qatarının yola düşdüyünü və son mənzilə çatmasına elə də çox vaxt qalmadığını göstərir...

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Eli 2023-06-08 13:32:37

Bu alkaş “millet” ve anormal dövlet meger özünü idare ede bilirmi ki,hele başqa dövletlere de “kömeklik” göstersin.Bu dövlet idare ede bilirdise ele SSRİ-ni qoruyub saxlayardı.İndi ise dağılmaq növbesi Rusiyanındır ,saxlasınlar bu prosesi bu “dahi” diplomatlar görek saxlaya bilirlermi.

Kaxovkadan Bakıya 2023-06-08 12:33:52

Başlıca səbəbi özümüzün tarixi, dövləti-konstitusion və soydaşlarımızın insani hüquqlarını adekvat-kəskin qoymamağımızdan qaynaqlanır. Hərbi işğalçılar milyonlarla azərbaycanlıları Ermənistandan və işqal etdikləri ərazilərimizdən soyqırım terroru ilə qovub, bizlərsə həmin terror yuvasını Kreml Hərbi Kontingentinin mühafizəsinə razılaşırıq?

Senan 2023-06-08 12:15:50

Где только таких проституток находите?

Son yazılar