Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfədən çox artıb

2023-cü ilin ilk 3 ayında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. 2022-ci ilk 3 ayında Rusiyadan Azərbaycana 99 milyon 703 min dollar dəyərində vəsait köçürülüb.

Qeyd edək ki, Rusiyadan pul köçürmələri ümumi köçürmələrin 69.2%-ni təşkil edib.

635x100

Şərhlər

RR 2023-06-09 14:36:49

Bu deqiqlik sizde hardandi ? rusiyada veziyyet( bizimkiler yani ) cox acinacaqlidi . Belke qara pullardi transfer qedir ?

t.ədalət 2023-06-08 19:15:41

Azərbaycan banklarının Rusiya ilə əlaqələri kəsilməsə tezliklə sanksiyalara məruz qala bilərik.

Son yazılar