ABŞ generalı ölkəsi ilə Çin arasında toqquşmanı istisna etmir

ABŞ və Çin arasında hərbi toqquşma qaçılmaz deyil, lakin onun baş vermə ehtimalı istisna edilmir.

APA TASS-a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Milli Müdafiə Universitetində məzunlar qarşısında çıxış edərkən bildirib.

"Birləşmiş Ştatlar və Çin arasında müharibə qaçılmaz deyil, lakin demək olmaz ki, bu baş verməyəcək", - general bildirib.

O xatırladıb ki, hələ bu yaxınlarda Tayvan boğazında iki ölkənin hərbi gəmilərinin iştirakı ilə insident baş verib. Milley, Çinin hərəkətlərinin daha “aqressiv”ləşdiyini və digər bölgələrdə hərbi mövcudluğunu genişləndirdiyini vurğulayıb.

Rusiya barədə də danışan Milley qeyd edib ki, Rusiya Federasiyası hazırda dünya üçün, xüsusən də Avropa üçün çox ciddi təhlükə yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar