Menu

ABŞ və Cənubi Koreya nüvə silahından istifadə üzrə təlimlər keçib

08.06.2023, 23:15
ABŞ və Cənubi Koreya nüvə silahından istifadə üzrə təlimlər keçib

Amerika Birləşmiş Ştatları və Koreya nüvə silahlarının istifadəsi ssenarilərinin də daxil olduğu komanda-qərargah təlimləri keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin Hindistan və Sakit okean bölgələrindəki təhlükəsizlik məsələləri üzrə köməkçisi İlay Retner bildirib.

"Biz regionda qüvvə və vasitələri getdikcə gücləndiririk. Bu təlimlər bir il davam edəcək. Biz Cənubi Koreya və başqaları ilə misli görünməmiş komanda-qərargah təlimləri keçiririk. Nüvə silahından istifadə ssenarilərini nəzərdən keçirdik", - deyə Pentaqon nümayəndəsi bildirib.

Retnerin sözlərinə görə, ABŞ Asiya-Sakit Okean Regionunda nəzarət potensialını gücləndirməyə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol