Menu

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı müzakirə edib

09.06.2023, 13:15
Rusiya və Çin hərbi sahədə əməkdaşlığı müzakirə edib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının Birləşmiş Qərargah rəisi Lyu Çjenli ilə danışıqlar aparıb.

APA-nın Moskva müxbiri Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, videokonfrans formatında keçən danışıqlarda iki ölkə arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub.

Gerasimov qeyd edib ki, Rusiya və Çinin səylərinin əlaqələndirilməsi dünyada vəziyyətin sabitləşməsinə töhfə verir.

Qeyd edək ki, Rusiya Hava kosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələrinin Asiya-Sakit Okean regionunda birgə patrul xidməti həyata keçirdiyi barədə məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol