Donbasdakı separatçıların sabiq “lideri” və “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) Vladimir Putinin mövcudluğuna şübhə ilə yanaşdığını deyib.
“AzPolitika.info” xəbər verir ki, Strelkov öz internet kanalındakı bugünkü verilişində Putini “mumiya” adlandırıb: “Putinin davranışlarından şəxsən məndə sual yaranır – Putin varmı? Ali baş komandan hərbi əməliyyatlardan özünü təcrid edib. Onun yaxın ətrafındakı şəxslər açıq şəkildə bir-birilə savaşır, öz hərəkətlərilə cəbhənin dayanıqlığını zədələyir. O isə heç bir reaksiya vermir. O, ümumiyyətlə, hardadır? Peskov deyir ki, ona(Putinə) nəsə məruzə edirlər. Bilirsiniz, mumiyaya da məruzə etmək olar. Mumiya uzanır və ona yaxınlaşıb məruzə edirlər. Mumiya isə susur. Məruzə etdilərmi? Etdilər. Nəticə isə göz qabağındadır...”
“AzPolitika.info”


Şərhlər