Menu

Tramp məxfi sənədləri burada gizlədibmiş - FOTO

11.06.2023, 10:19
Tramp məxfi sənədləri burada gizlədibmiş - FOTO

Prezidentlik müddəti bitdikdən sonra Ağ Evdə qoymalı olduğu sənədləri Florida ştatındakı Mar-a-Laqodakı evinə aparan Donald Tramp bəzi sənədləri tualetdə saxlayıbmış.

Musavat.com xəbər verir ki, Trampa qarşı irəli sürülən 49 səhifəlik iddianamədə evdəki faylların vəziyyətini göstərən fotoşəkillər də yer alıb.

2021-ci ilin aprelində vanna otağına qoyulduğu bildirilən qutular iyun ayına qədər orada qalıb.

Qeyd edək ki, Trampın 2021-ci ilin yanvarında qanunsuz olaraq özü ilə götürdüyü qutularda nüvə sirlərindən tutmuş xarici hərbi hesabatlara qədər bir sıra məxfi sənədlər olub.

ABŞ-ın federal məhkəmədə mühakimə olunan ilk prezidenti Donald Tramp çərşənbə axşamı Mayamidə ilk məhkəmə iclasına gələcək. Trampın həbs olunacağı gözlənilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol